“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub. 

Təqdimat mərasimində çıxış edən birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına həsr edilmiş poçt markası və zərf tədavülə buraxılmışdır

 

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin həmin il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıqla bağlı görüləcək işlərin istiqaməti müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub. 

Ardını oxu...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilmişdir

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiq olunmuş və icrasına başlanılmışdır. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılmışdır. 

Ardını oxu...

Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılacaq

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib. Bu, muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə olacaq. 

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlərdə muxtar respublikanın mədəniyyətinin, onun zəngin turizm potensialının tanıdılması ilə yanaşı, həm də istehsal olunan məhsullarımızın təkcə İslam ölkələrində deyil, eyni zamanda dünyanın bir çox ölkələrində təbliği baxımından əhəmiyyətlidir. Bu baxımdan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” loqosu ilə satışa çıxarılan “Naxçıvan Məhsulları” MMC-nin istehsalı olan və nəfis şəkildə qablaşdırılmış hədiyyəlik meyvə qurusu məhsulları şəhərimizə gələn turistlər və yerli sakinlər tərəfindən maraqla qarşılanacaq.

Ardını oxu...