Mehmanxanalar haqqında ümumi məlumat
Turizm sənayesi dedikdə rekreasiya məhsulunun istehsalı və turistlərə lazım olan bütün növ xidmətlərin göstərilməsi nəzərdə tutulur. Ölkəmiz inkişaf etdikcə onun sahib olduğu rekreasiya potensialı da daha qabarıq şəkildə üzə çıxır və hər il daha çox turist ölkəmizə səfər edir.
Turizmin əsas predmetlərindən biri yerləşdirmə xidmətidir. Yerləşdirmə dedikdə, turistlərin gecələməsi üçün nəzərdə tutulan yer başa düşülür. Mehmanxana və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Naxçıvan ona görə əlverişli turizm regionudur ki, burada turistləri maraqlandıran cazibədar təbii, tarixi-mədəni ehtiyatlardan tutmuş təhlükəsizliyədək bütün cazibədarlıq vardır. Bu da, öz növbəsində, muxtar respublika ərazisində müxtəliftəyinatlı və komfort dərəcəli otellərin əhəmiyyətini artırır. 2017-ci il yanvarın 1-ə olan məlumata görə muxtar respublikada ümumilikdə 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Mehmanxalarda yerlərin ümumi sayı 1500 təşkil edir. Yəqin ki, təkcə muxtar respublika sakinləri deyil, həm də regiona tez-tez səfər edən qonaqlar öz şəraiti ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini yaxşı tanıyırlar. Mehmanxanalarda turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. 5 ulduzlu mehmanxalardan Təbriz və Duzdağ turistlərin bütün ehtiyaclarını ödəmək imkanına malikdir. Adıçəkilən mehmanxanalar həm də dünya standartlarına cavab verən, dövlət başçıları səviyyəsində beynəlxalq tədbirlərin keçirilməsinə imkan yaradan konfrans salonlarına malikdir. Mehmanxanalarla yanaşı, şəhərimizdə və muxtar respublikanın digər yaşayış məntəqələrində, habelə magistral yol kənarlarında bir neçə motel müəssisəsi də fəaliyyət göstərir.
“TƏBRİZ” MEHMANXANASI
Mehmanxana Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşir. Mehmanxananın qarşısında – Dədə Qorqud meydanında XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan İsmayılxan hamamı və Dədə Qorqudun heykəli yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın həyətində avtomobil dayanacağı vardır. 89 nömrəsi vardır. 100 nəfər qonaq qəbul edə bilər. Bunlardan 1-i apartament (apartment), 22-si süit (suite), 20-i kiçik süit (junior suite), 46-sı standart nömrələrdir. Burada turistlərin və digər qonaqların qəbulu üçün hər cür şərait yaradılıb. Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və s. göstərilir.
Mehmanxananın zirzəmi hissəsində uşaq oyun otağı, trenajor zalı, adi hovuz, cakuzi hovuzu, sauna, Məşədi İbad hamamı, buxar hamamı olan örtülü hovuz kompleksi, SPA mərkəzi yerləşir. Fitnes, aerobika və akvaaerobika ilə məşğul olmaq imkanı da var. Burada həmçinin masaj kabinələri və mulyajlar, əl işləri, qədim məişət avadanlıqları və s. daxil olan mini muzey vardır. Mehmanxananın 13-cü mərtəbəsində 74 nəfərlik banket zalı, 2-ci mərtəbədə 450, 1-ci mərtəbədə isə 300 nəfərlik restoran, 2-ci mərtəbədə 60 nəfərlik kafe-bar fəaliyyət göstərir. İlin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17
Tel: (+99436) 544 77 01; (+99436) 544 77 02
“DUZDAĞ” MEHMANXANASI
Naxçıvan şəhərindən 14 km, Beynəlxalq Hava Limanından isə 19 km məsafədə yerləşir. “Duzdağ” mehmanxanası Naxçıvan Muxtar Respublikasının ən böyük mehmanxanasıdır. 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın 350 nəfər qonaq tutumu var. Mehmanxanada 1 apartament (apartment), 100 Standart nömrə, 35 kiçik süit (junior suit), 8 süit (suite) və 7 kottec olmaqla, cəmi 151 nömrə fəaliyyət göstərir. Bütün otaqlarda peyk yayımlı TV, daxili xətli telefon, sürətli simsiz internet xidməti, mini bar, mərkəzi havalandırma sistemi, seyf, duş mövcuddur. Otaqlardan Duzdağa və Araz çayına panorama açılır. Burada həmçinin 2 restoran, bar, idman kompleksi, açıq tennis kortu, Türk hamamı, fitnes mərkəzi, SPA mərkəzi, açıq və örtülü üzgüçülük hovuzları, sauna fəaliyyət göstərir.
Eyni zamanda qonaqlara 250 yerlik restoranda dünya mətbəxindən nümunələr, Azərbaycan mətbəxi, türk mətbəxi və dəniz məhsulları təamlarından mütəşəkkil menyu ilə yüksək səviyyədə xidmət göstərir.
Ünvan: Naxçıvan şəhəri, Duzdağ Şaxtası yolu
Tel: (+99436) 544 49 01; (+99436) 544 49 00
"QRAND-NAXÇIVAN" OTEL
Qrand-Naxçıvan Hotel Naxçıvan şəhərində yerləşir. 2011-ci ildə yenidənqurma işlərindən sonra mehmanxana öz yeni imkanları ilə şəhər sakinlərinin və gələn qonaqların ixtiyаrına verilib. Bina zirzəmi ilə birlikdə 6 mərtəbəlidir. 3 ulduz kateqoriyası almışdır. 32 nömrəsi var. 84 yerlikdir. Nömrələrdən 3-ü süit (suite), digər 29 nömrədən 9-u 2 nəfərlik (double room), 20-i 3 nəfərlik (multible bedded room) nömrələrdir. Otaqlar 24 saat internet xətti ilə təmin edilib. Mehmanxanada müştərilərin istirahəti üçün gözəl şərait yaradılıb. Bütün nömrələr hər cür şəraitlə təmin olunmuşdur. Mehmanxanada həmçinin restoran, bar və gözləmə otağı vardır. Qabaqcaqadan sifariş olunanda gələn qonaqlarımızı hava limanından pulsuz qarşılayırıq. Məlumat üçün deyək ki, gələn qonaqların istəyinə görə exstra xidmətlər də göstərilir.
Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və s. göstərilir. Zirzəmi hissəsində 40 nəfərlik kafe-bar, 1-ci mərtəbədə 60 nəfərlik restoran, binanın həyətində isə avtomobil dayanacağı var.
Ünvan: Naxçıvan şəhəri, N. Əliyev küçəsi
Tel: (+99436) 544-59-30
"AVTOVAĞZAL" MEHMANXANASI
"Avtovağzal" mehmanxanası Naxçıvan şəhərinin girişində yerləşir. 64 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. Mehmanxanada 24 nömrə fondu vardır. Burada qonaqlara ucuz və komfortlu nömrələr təklif olunur. Mehmanxanada restoran, kafeteriya və bar fəaliyyət göstərir. Həmçinin, oteldə yığıncaq və tədbirlərin keçirilməsi üçün şərait yaradılıb, bilet satışı və baqaj saxlama kimi xidmətlər də göstərilir. Mehmanxanadan 100 metr uzaqlıqda kiçik bir ticarət mərkəzi, eləcə də qida və suvenir mağazaları var. Həmçinin mehmanxanada yüksək sürətli naqilsiz İnternet vardır.
Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi
Tel: (+99436) 545 62 90
"NƏQŞİCAHAN" MOTELİ
Naxçıvan Beynəlxalq Hava Limanının 800 metrliyində, Şəkərabad kəndində Naxçıvançayın kənarında, gözəl təbiətə malik bir sahədə yerləşir. Motelin 9 nömrəsindən 2-si süit (suite), 7-si iki nəfərlik (double room) nömrələrdir. Nömrələrdə yaradılmış rahat şəraitlə yanaşı, qonaqlar həm də təbiətin qoynunda istirahət edə bilərlər. Motel fəaliyyətinin ilk dövründən müştəriləri razı salmaq prinsipini əsas tutaraq qısa müddət ərzində həm xarici qonaqların, həm də yerli əhalinin sevimli istirahət mərkəzinə çevrilmişdir. Hazırda bütün müştərilərinə Avropa standartlarına tam cavab verən yüksək xidmət növləri təqdim etməkdədir. Motelin biri 120, digəri 180 nəfərlik olmaqla, iki banket zalı vardır. Moteldə kiçik zoopark, çay kənarında ayrıca istirahət və yemək üçün kupelər mövcuddur. Həmçinin, 200 nəfərlik yay zalı fəaliyyət göstərir.
Ünvan: Babək rayonu, Şəkərabad kəndi
Tel: (+99436) 544-14-41
“AZƏRİ” MEHMANXANASI
Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi
Tel:(+99436) 545-53-83
“XƏYAL” MEHMANXANASI
Ünvan: Naxçıvan şəhəri, Çənlibel məhəlləsi
Tel: (+99436) 544-09-00
“TOĞRUL” MEHMANXANASI
Ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 5
Tel: (+99436) 550-66-41
“GƏNCLİK TİCARƏT VƏ ƏYLƏNCƏ MƏRKƏZİ”
Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi
Tel: (+99436) 544-62-15
“AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ”
Ünvan: Şahbuz rayonu, Ağbulaq kəndi
Tel: (+99436) 543-27-46
“ARAZ” MEHMANXANASI
Ünvan: Culfa rayonu, Heydər Əliyev prospekti 30
Tel: (+99436) 546-18-07
“ELSEVƏR” MEHMANXANASI
Ünvan: Babək rayon, Qoşadizə kəndi
Tel: (+99436) 554-21-57