Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018"-in bağlanış tədbiri keçirilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmiş, Heydər Əliyev muzeyinə baxmışlar. Sonra ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018"-in bağlanış tədbirində iştirak etmişlər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlamışdır.
S/№ |
Filmin adı və xronometrajı |
İstehsal olunduğu ölkə və il |
Filmin rejissoru |
Filmin janrı və annotasiyası |
Filmin təqdim olunduğu dil |
Filmin nümayiş olunacağı yer və tarixi |
1. |
“Nabat” 01:42:15 |
Azərbaycan; 2014 |
Elçin Musaoğlu |
Dram; Qarabağ müharibəsi, güclü milli ruhu olan qadının təkbaşına işğalçılara qarşı dayanması və kəndi işğaldan qoruması. Nabatın oğlu şəhid olmuşdur. Keçmiş meşəbəyi olan, indi isə xəstə yatan əri ilə kənddən aralı evdə yaşayır. Xəyanət nəticəsində kənd boşaldılır, lakin kənddən aralı yaşadıqları üçün onların bundan xəbəri olmur. Beləliklə, onlar kənddə tək qalırlar. Nabat gündüz bütün kəndi gəzərək evlərdə çıraqları yandırır. Gecələr evlərdə işıqların yandığını görən düşmən isə kəndin boşaldılmadığını zənn edərək kəndə girmir. Nəticədə Azərbaycan ordusu yenidən kəndi nəzarətə götürür. |
Azərbaycan |
Gənclik Mərkəzi 24.09.2018, saat 1800 |
2. |
“Baran” (Yağış) 01:35:44 |
İran; 2002 |
Məcid Məcidi |
Dram; romantik, Lətif İranda tikinti sahəsindəki iş yerində çalışır, ərzaq alır və digər işçilərə paylayır. Eyni tikinti sahəsində qanunsuz olaraq işləyən bir çox əfqan qaçqın var. Əfqan işçilərindən biri olan Nəcəf, ikinci mərtəbədən düşür və ayağı qırılır. Ailəsini qidalandırmaq üçün oğlu Rəhməti işə göndərir. O, zəif iradəsizdir və tikinti işçisi Memar ona Lətifin işini verir, Lətifi isə tikinti işlərinə cəlb edir. Rəhmət Lətifin işini Lətifdən daha yaxşı görür, Lətif isə ondan qisas almaq istəyir. Daha sonra Lətif Rəhmanın qız olduğunu öyrənir və ona aşiq olur. Bir gün müfəttişlər tikinti sahəsinə gəlib Rəhməti tutmağa çalışırlar. Lətif onun qaçışına kömək edir, amma nəticədə, Memar bütün əfganları işdən qovmağa məcbur olur. Lətif Rəhməti axtarıb tapır (onun əsl adı Barandır). Pasportunu sataraq əldə etdiyi pulla onun ailəsinin Əfqanıstana qayıtması üçün kömək edir. |
Türk |
Gənclik Mərkəzi 25.09.2018, saat 1800 |
3. |
“Dahinin gəncliyi” 01:25:27 |
Özbəkfilm, Tacikfilm; 1982 |
Elyor İşmuhəmmədov |
Tarixi, bioqrafik; məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən film. |
Rus |
Gənclik Mərkəzi 26.09.2018, saat 1800 |
4. |
“Ulak” 01:41:52 |
Türkiyə; 2008 |
Çağan Irmak |
Dram; Zəkəriyyə kənd-kənd dolaşıb qasid İbrahimin hekayətini danışan səyyahdır. Danışmalıdır ki, başqa uşaqlar da bilsin qasid İbrahimin hekayətini. Xəyalla gerçəyin qovuşduğu nöqtədə cəsarətin dilidir qasid İbrahim, haqqında danışılmalıdır ki, yaşasın. Saflığı qorunsun deyə Zəkəriyyə bu hekayəti ancaq uşaqlara danışır, çünki bir vaxtlar özü də hekayələrə inanan uşaq olmuşdu. |
Türk |
Gənclik Mərkəzi 27.09.2018, saat 1800 |
5. |
“Niyyət” 01:24:42 |
Azərbaycan, Səudiyyə Ərəbistanı; 2009 |
Samir Kərimoğlu |
Dram; Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə əyləncələrdən imtina edərək xoş bir niyyətlə yaşayır. Birinci qəhrəman – “Canik” (Fuad Axundov) şorgöz və fırıldaqçı; bir vaxtlar böyük bir mirasa sahib olan insan, həyatının bir anında öz qeyri-ciddi xasiyyətinə görə hər şeydən məhrum olur. İkinci personaj isə Arifdir (Rövşən Məmmədov), dindar və kasıb, eyni zamanda böyük ürək sahibi olan oyuncaq ustası. Bu iki gəncin həyat yolları toqquşur və sonda hər ikisi düzgün yolla addımlamağa başlayır... |
Azərbaycan |
Gənclik Mərkəzi 28.09.2018, saat 1800 |
6. |
“Eşqin rəqsi” 00:56:47 |
Türkiyə; 2008 |
Kürşat Kızbaz |
Sənədli, dram; Cəlaləddin Ruminin həyatı və fəlsəfəsi. Filmin çəkilişləri zamanı ilk dəfə bütün dünyada fərqli coğrafiyalardan 50-dən artıq tarixçi və tədqiqatçıların fikirləri öyrənilmiş, oyun və animasiya ilə 13-cü əsr canlandırılmağa calışılmışdır. |
Türk |
Gənclik Mərkəzi 29.09.2018, saat 1800 |
Noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün biz Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESKO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.
Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması idi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan 2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdir. Bu gün deyə bilərik ki, müsabiqə iştirakçıların fəallığı şəraitində keçmiş, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdur.