2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir.
“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” in açılış tədbiri 2018-ci il iyunun 20-də keçiriləcəkdir.