Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/table.php on line 407

Notice: Undefined property: JTableExtension::$enabled in /home/www/imp/plugins/system/roksprocket/roksprocket.php on line 56

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/table.php on line 407
Kitabxanalar

Kitabxanalar

Naxçıvan Muxtar Respublikasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası, AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanası, şəhər və rayonlarda 8 mərkəzləşmiş kitabxana sistemi və onların filialları da daxil olmaqala 250-ə yaxın kitabxana fəaliyyət göstərir.

 Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da uzun tarixi dövr ərzində ictimai-kütləvi kitabxana və qiraətxanalar formalaşmışdır. 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı, ətraf kəndləri də əhatə etmişdir. 1953-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş, modernləşmiş  kitabxana  internetə qoşulmuş, 20 kompüter dəsti ilə təmin edilmişdir. Fondunda 300000 nüsxə çap məhsulu olan kitabxananın 26000-dən çox oxucusu var. 50 nəfərlik böyük oxu zalı, 35 nəfərlik dövrü mətbuat zalı, 10 nəfərlik komputer internet zalı  fəaliyyət göstərir. Kitabxanada Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat nümunələri vardır.

Son illər muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da təsir etmiş, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixdə Sərəncam imzalamışdır. Həmin Sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nın 3-cü bəndinə uyğun olaraq Elektron Kitabxana yaradılmışdır.

Ünvan: Naxçıvan şəhəri, Atatürk  küçəsi

Tel: (+99436) 545-03-50 ; 545-03-49

İnternet səhifəsi: e-kitab.nakhchivan.az

 Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası

Naxçıvan şəhər Uşaq Kitabxanasının əsasında 1960-cı ildə yaradılmışdır. Fondunda 161000-dən çox nüsxə çap məmulatı olan kitabxananın 12000-dən çox oxucusu vardır. Kitabxanada 2 oxu zalı fəaliyyət göstərir.

Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi (3-cü mikrorayon)

Tel: (+99436)  545-48-03 ; 545-43-38

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində oxuculara aşağdakı xidmətlər göstərilir:

-İnternet vasitəsilə elektron kitabxanadan istifadə
-Kitabxana daxilində elektron kataloqdan istifadə
-Kitabxana fondunda olan ədəbiyyatlardan və digər vasitələrdən istifadə

-Oxu və dövri mətbuat zalı

Oxu və dövri mətbuat zalında 36 oxucu yeri vardır. Zalda müxtəlif sahələr üzrə ədəbiyyatlar, jurnallar və qəzetlər saxlanılır. Zala 23 adda qəzet, 18 adda jurnal Azərbaycan və rus dillərində alınır. Oxu və dövri mətbuat zalında internetdən istifadə imkanı vardır.

  -Elektron oxu zalı

Elektron oxu zalında 6 oxucu, 1 nəzarətçi yeri vardır. Kitabxanada qlobal internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir. Zalda 5 ədəd kompyuter dəsti və arxiv fondda olan DVD və CD-lərdən istifadə etmələri üçün digər elektron avadanlıqlar oxucuların ixtiyarına verilərək aşağıdakı xidmətlər təklif olunur:

-Elektron katoloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan istifadə etmək;

- Elektron katoloq vasitəsilə mərkəzin arxiv fondunda olan sənədlər, əlyazmalar, video materiallar, audio materiallar, fotolar və xəritələrdən istifadə etmək;

- İnternet üzərindən digər kitabxanaların ehtiyatlarından istifadə etmək; -Naxçıvanşünaslıq bölməsinin oxu zalı

Ünvan: Naxçıvan şəhəri, Nizami 16

Tel:(+99436) 550 68 36

(+99436) 550 68 37

E-mail:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İnternet səhifəsi: e-merkez.alimeclis.az

 Naxçıvan Dövlət Universitetinin Elektron  Kitabxanası

Naxçıvan Dövlət Universitetinin Elektron  Kitabxanası üçün 2004-cü ildə Avropa standartlarına uyğun yeni bina tikilib istifadəyə verilmişdir. Kitabxananın fondunda müxtəlif dillərdə 160 mindən artıq kitab var. kitabxananın müasir tipli 4 oxu zalı, internet mərkəzi, sərgi bölməsi, dövrü mətbuat fondu, cildxanası və sairə mövcuddur.

 Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev Elektron Kitabxananın açılış mərasimində iştirak etmişdir.

 

 

 

Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evi

Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evi 2005-ci il dekabrın  19-da  ölkə  Prezidenti   tərəfindən  açılışı   olmuşdur. 3 mərtəbəli binanın 1-ci mərtəbəsində məktəb ləvazimatı, dərsliklər, 2-ci mərtəbəsində Naxsıvanda istehsal olunan məktəbli geyimləri, idman ləvazimatları satılır. 3-cü mərtəbəsində isə müxtəlif ədəbiyyat, o cümlədən bədii əsərlər və elmi ədəbiyyatın satışı təşkil edilmişdir.