Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/table.php on line 407

Notice: Undefined property: JTableExtension::$enabled in /home/www/imp/plugins/system/roksprocket/roksprocket.php on line 56

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/database/mysql.php on line 383

Warning: Invalid argument supplied for foreach() in /home/www/imp/libraries/joomla/database/table.php on line 407
Teatrlar

Teatrlar

Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları fəaliyyət göstərir.

CƏLİL  MƏMMƏDQULUZADƏ  ADINA  NAXÇIVAN DÖVLƏT  MUSİQİLİ  DRAM  TEATRI

Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı  “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah cadükün” əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah” və s. əsərləri tamaşaya qoyuldu.

1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında”  2008-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.

Teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci il fevralın 3-də istifadəyə verilmişdir.

Ünvan: Naxçıvan şəhəri,  Heydər Əliyev prospekti 26

Tel.: +994 (36) 545-25-89

 

MƏHƏMMƏD TAĞI SİDQİ ADINA NAXÇIVAN DÖVLƏT KUKLA TEATRI 

Teatr 1989-cu ildə yaradılmışdır. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə Respublikası və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində olmuş, Tacikistan Respublikasında təşkil edilmiş kukla teatrı festivalında iştirak etmişdir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3

Tel.: +994(36) 545-34-23

 

 

 

 

NAXÇIVAN  DÖVLƏT  UŞAQ  TEATRI

2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Naxçıvan  Dövlət  Uşaq  Teatrı  2006-cı ildə ilk tamaşasını göstərmişdir Uşaq və yeniyetmələr üçün tamaşalar hazırlayır. Bu teatrın başlıca fərqi aktyorlarının uşaqlar olmasıdır. Teatr fəaliyyət göstərdiyi müddətdə 11 tamaşa hazırlamışdır.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi

Tel.: +994(36) 545-36-28

 

 

 

 

 

NAXÇIVAN DÖVLƏT FİLARMONİYASI

Bu mədəniyyət müəssisəsi 1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, “Gəmiqaya” İnstrumental Ansamblı və xor kollektivi fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivi Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Macarıstan, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişdir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1

Tel.: +994(36) 545-68-98

 

 

 

 NAXÇIVAN DÖVLƏT UŞAQ FİLARMONİYASI

Naxçıvan Dövlət Uşaq Filarmoniyası 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Bu mədəniyyət müəssisəsində Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Mahnı və Rəqs Ansamblı, xor kollektivi fəaliyyət göstərir.