2018-ci ildə Naxçıvan Muxtar Respublikasında keçiriləcək mədəni-kütləvi
TƏDBİRLƏRİN QRAFİKİ
№ |
Tədbirin adı |
İcraya məsul təşkilat |
Tədbirin keçiriləcəyi yer |
İcra tarixi |
Yanvar |
||||
1. |
Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirin və “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatı |
Mədəniyyət və Turizm Nazirliyi, AMEA Naxçıvan Bölməsi |
Naxçıvan Dövlət Xalça Muzeyi |
26 yanvar |
Fevral |
||||
1. |
“2 Fevral- Gənclər Günü” ilə əlaqədar tədbirin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi, aid təşkilatlar |
Gənclər Mərkəzi |
2 fevral |
2. |
Bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsertin keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi |
Naxçıvan Dövlət Filarmoniyası |
16 fevral |
3. |
“Qan yaddaşımız” adlı sərginin təşkili |
Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
20-26 fevral |
Mart |
||||
1. |
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirin keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanları |
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
7 mart |
2. |
“Rəssamların fırçasından qadın obrazı” adlı sərginin təşkili |
Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
6-7 mart |
3. |
“Milli Teatr Günü”nün qeyd edilməsi |
Mədəniyyət və Turizm Nazirliyi |
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
9 mart |
4. |
Novruz Bayramı ilə əlaqədar xalq yaradıcılığı günlərinin və kütləvi el şənliklərinin keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Şəhər və rayon icra hakimiyyətləri |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, rayon mərkəzləri |
20-25 mart |
5. |
Şamil Qazıyevin əsərlərindən ibarət sərginin təşkili |
Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
28-29 mart |
Aprel |
||||
1. |
“Kətə festivalı”nın keçirilməsi |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi |
7-8 aprel |
2. |
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünun qeyd olunması |
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Tibb Kolleci |
Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının akt zalı |
28 aprel |
May |
||||
1. |
Antalya Dövlət Simfonik Orkestrinin konserti |
Mədəniyyət və Turizm Nazirliyi |
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
3 may |
2. |
“Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda elmi konfransın keçirilməsi |
AMEA Naxçıvan Bölməsi |
AMEA Naxçıvan Bölməsinin akt zalı |
8 may |
3. |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə sərginin təşkil edilməsi
|
Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
10 may |
4. |
Naxçıvan Teatrının 135 illiyinə həsr olunmuş tədbirin keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi |
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
11 may |
5. |
“15 May- Beynəlxalq Ailə Günü”nün qeyd edilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanları |
Təbriz restoranının tədbirlər zalı |
15 may |
6. |
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi |
Bilik Fondunun Himayəçilik Şurası, Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar Birliyi |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi |
21-25 may |
7. |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması |
Bilik Fondunun Himayəçilik Şurası, AMEA Naxçıvan Bölməsi |
AMEA Naxçıvan Bölməsinin akt zalı |
26 may |
8. |
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası |
Naxçıvan Şəhər Şahmat Mərkəzi |
1-10 may |
9. |
Gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşünün təşkil olunması |
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu |
Naxçıvan-Əlincəqala-Naxçıvan |
10 may |
10. |
IV Naxçıvan beynəlxalq arıçılıq konfransının keçirilməsi |
Naxçıvan Dövlət Universiteti |
Naxçıvan Dövlət Universitetinin akt zalı
|
18-19 may |
11. |
“Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı” mövzusunda elmi konfransın keçirilməsi
|
“Naxçıvan” Universiteti |
Naxçıvan Dövlət Universitetinin konfrans zalı |
18 may |
İyun |
||||
“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbirin keçirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanları |
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
1 iyun |
|
2. |
“Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiyaların keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, aid təşkilatlar |
Park və xiyabanlarda |
1-5 iyun |
3. |
“Göycə festivalı”nın keçirilməsi |
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi |
9-10 iyun |
4. |
Şərur rayonunun istedadlı qadınlarının rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkili |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
Şərur Olimpiya İdman Kompleksi |
7 iyun |
5. |
“Azərbaycan xalqının Milli Qurtuluş Günü” ilə bağlı konsertlərin təşkili |
Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rayon (şəhər) mədəniyyət və turizm şöbələri
|
Mədəniyyət və istirahət parklarında |
13-15 iyun |
6. |
“15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş sərginin təşkili
|
Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
15 iyun |
7. |
“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” tədbirinin açılışı |
Aidiyyəti dövlət orqanları |
|
20 iyun |
8. |
“İslam dini və ailə dəyərləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və aidiyyəti təşkilatlar |
“Naxçıvan” Universitetinin konfrans zalı |
28 iyun |
İyul-avqust |
||||
“İslam dəyərləri: ramazan və qurban bayramları” elmi forumunun keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, AMEA Naxçıvan Bölməsi, “Naxçıvan” Universiteti |
“Naxçıvan” Universitetinin konfrans zalı |
5 iyul |
|
2. |
Ebru sənətçisi Hikmət Barutçugilin əsərlərindən ibarət “Esma-i Hüsna” sərgisinin təşkili |
Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
7-12 iyul |
3. |
Konsert proqramının təşkili |
Mədəniyyət və Turizm Nazirliyi |
Şəhər və rayon mərkəzi park və xiyabanları |
Həftənin VI günləri |
Sentyabr |
||||
“Milli geyimlər festivalı”nın keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi |
1 sentyabr |
|
2. |
“İslam filmləri həftəsi”nin keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi |
“Gənclik Mərkəzi” |
24-29 sentyabr |
3. |
“Milli Musiqi Günü” ilə bağlı mədəniyyət və istirahət parklarında konsertlərin təşkili |
Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rayon (şəhər) mədəniyyət və turizm şöbələri |
Mədəniyyət və istirahət parkları |
15-18 sentyabr |
4. |
“Baba Nemətullah Naxçıvani” elmi konfransının keçirilməsi
|
AMEA Naxçıvan Bölməsi |
AMEA Naxçıvan Bölməsinin akt zalı |
19 sentyabr |
5. |
Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
|
Heydər Əliyev Sarayı |
28 sentyabr |
Oktyabr
|
||||
1. |
“Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi |
Bilik Fondunun Himayəçilik Şurası, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi |
20-21 oktyabr |
2. |
“Hüseyn Cavid poeziya günləri”nin keçirilməsi |
Bilik Fondunun Himayəçilik Şurası, Mədəniyyət və Turizm Nazirliyi, AMEA Naxçıvan Bölməsi, Yazıçılar Birliyi |
Hüseyn Cavidin Ev Muzeyi |
24 oktyabr |
3. |
Babək rayonunun təşkil olunmasının 40 illiyinə həsr olunmuş tədbirin keçirilməsi |
Babək rayon İcra Hakimiyyəti |
Babək Rayon İcra Hakimiyyətinin akt zalı |
23 oktyabr |
4. |
Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərginin təşkili |
Rəssamlar Birliyi |
Bəhruz Kəngərli adına Sərgi Salonu |
18-20 oktyabr |
Noyabr |
||||
“Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar tədbirlərin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi, aid təşkilatlar |
Gənclər Mərkəzi |
10-17 noyabr |
|
2. |
“Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi |
Bilik Fondunun Himayəçilik Şurası, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri |
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi |
10-11 noyabr |
3. |
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konsertinin keçirilməsi |
Bəstəkarlar Təşkilatı |
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
16 noyabr |
Dekabr |
||||
“İslam dəyərləri bədii yaradıcılıqda” mövzusunda yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması |
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondu və aidiyyəti təşkilatlar |
Gənclər Mərkəzi |
15 dekabr |
|
2. |
“31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbirlərin təşkili |
Bilik Fondunun Himayəçilik Şurası, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri |
Naxçıvan şəhəri və rayon mərkəzləri |
30-31 dekabr |
İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxmışlar.
Sərgidə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” gümüşdən hazırlanmış loqotipi, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, "Naxçıvan türbələri", "Naxçıvan hamamları", "Naxçıvan buzxanaları", "Qədim və müasir Naxçıvan" kitabları, "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqotipinin tanıtım video-çarxı, "Naxçıvan: türk-islam mədəniyyəti abidələri" televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş olunurdu.
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvləri iyunun 7-də Qarabağlar Türbə Kompleksində olublar.
Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri həyata keçirilib. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılıb.
Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılıb.
Təşkilat Komitəsinin üzvləri abidə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdiriblər.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxmışlar.