“İslam filmləri həftəsi”ində nümayiş olunacaq filmlərin SİYAHISI

 

S/№

Filmin adı və xronometrajı

İstehsal olunduğu ölkə və il

Filmin rejissoru

Filmin janrı və annotasiyası

Filmin təqdim olunduğu dil

Filmin nümayiş olunacağı yer və tarixi

1.

“Nabat”

01:42:15

Azərbaycan; 2014

Elçin

Musaoğlu

Dram; Qarabağ müharibəsi, güclü milli ruhu olan qadının təkbaşına işğalçılara qarşı dayanması və kəndi işğaldan qoruması. Nabatın oğlu şəhid olmuşdur. Keçmiş meşəbəyi olan, indi isə xəstə yatan əri ilə kənddən aralı evdə yaşayır. Xəyanət nəticəsində kənd boşaldılır, lakin kənddən aralı yaşadıqları üçün onların bundan xəbəri olmur. Beləliklə, onlar kənddə tək qalırlar. Nabat gündüz bütün kəndi gəzərək evlərdə çıraqları yandırır. Gecələr evlərdə işıqların yandığını görən düşmən isə kəndin boşaldılmadığını zənn edərək kəndə girmir. Nəticədə Azərbaycan ordusu yenidən kəndi nəzarətə götürür.

Azərbaycan

Gənclik Mərkəzi

24.09.2018, saat 1800

2.

“Baran” (Yağış)

01:35:44

İran; 2002

Məcid Məcidi

Dram; romantik, Lətif İranda tikinti sahəsindəki iş yerində çalışır, ərzaq alır və digər işçilərə paylayır. Eyni tikinti sahəsində qanunsuz olaraq işləyən bir çox əfqan qaçqın var. Əfqan işçilərindən biri olan Nəcəf, ikinci mərtəbədən düşür və ayağı qırılır. Ailəsini qidalandırmaq üçün oğlu Rəhməti işə göndərir. O, zəif iradəsizdir və tikinti işçisi Memar ona Lətifin işini verir, Lətifi isə tikinti işlərinə cəlb edir. Rəhmət Lətifin işini Lətifdən daha yaxşı görür, Lətif isə ondan qisas almaq istəyir. Daha sonra Lətif Rəhmanın qız olduğunu öyrənir və ona aşiq olur. Bir gün müfəttişlər tikinti sahəsinə gəlib Rəhməti tutmağa çalışırlar. Lətif onun qaçışına kömək edir, amma nəticədə, Memar bütün əfganları işdən qovmağa məcbur olur. Lətif Rəhməti axtarıb tapır (onun əsl adı Barandır). Pasportunu sataraq əldə etdiyi pulla onun ailəsinin Əfqanıstana qayıtması üçün kömək edir.

Türk

Gənclik Mərkəzi

25.09.2018, saat 1800

3.

“Dahinin gəncliyi”

01:25:27

Özbəkfilm, Tacikfilm; 1982

Elyor İşmuhəmmədov

Tarixi, bioqrafik; məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən film.

Rus

Gənclik Mərkəzi

26.09.2018, saat 1800

4.

“Ulak”

01:41:52

Türkiyə; 2008

Çağan Irmak

Dram; Zəkəriyyə kənd-kənd dolaşıb qasid İbrahimin hekayətini danışan səyyahdır. Danışmalıdır ki, başqa uşaqlar da bilsin qasid İbrahimin hekayətini. Xəyalla gerçəyin qovuşduğu nöqtədə cəsarətin dilidir qasid İbrahim, haqqında danışılmalıdır ki, yaşasın. Saflığı qorunsun deyə Zəkəriyyə bu hekayəti ancaq uşaqlara danışır, çünki bir vaxtlar özü də hekayələrə inanan uşaq olmuşdu.

Türk

Gənclik Mərkəzi

27.09.2018, saat 1800

5.

“Niyyət”

01:24:42

Azərbaycan, Səudiyyə Ərəbistanı; 2009

Samir Kərimoğlu

Dram; Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə əyləncələrdən imtina edərək xoş bir niyyətlə yaşayır. Birinci qəhrəman – “Canik” (Fuad Axundov) şorgöz və fırıldaqçı; bir vaxtlar böyük bir mirasa sahib olan insan, həyatının bir anında öz qeyri-ciddi xasiyyətinə görə hər şeydən məhrum olur. İkinci personaj isə Arifdir (Rövşən Məmmədov), dindar və kasıb, eyni zamanda böyük ürək sahibi olan oyuncaq ustası. Bu iki gəncin həyat yolları toqquşur və sonda hər ikisi düzgün yolla addımlamağa başlayır...

Azərbaycan

Gənclik Mərkəzi

28.09.2018, saat 1800

6.

“Eşqin rəqsi”

00:56:47

Türkiyə; 2008

Kürşat Kızbaz

Sənədli, dram; Cəlaləddin Ruminin həyatı və fəlsəfəsi. Filmin çəkilişləri zamanı ilk dəfə bütün dünyada fərqli coğrafiyalardan 50-dən artıq tarixçi və tədqiqatçıların fikirləri öyrənilmiş, oyun və animasiya ilə 13-cü əsr canlandırılmağa calışılmışdır.

Türk

Gənclik Mərkəzi

29.09.2018, saat 1800